Sadio Mane: "Çempion olmaq mümkünsüzdür"

14:14 - 27 Fevral 2021

"Liverpul"un vingeri Sadio Mane İngiltərə çempionu olmaq üçün ümidlərinin qalmadığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, seneqallı futbolçu onlar üçün bu mövsüm çempionluğun mümkün olmayacağını bildirib:

 

"Mövsümün əvvəlində Çempionlar Liqası, Premyer Liqa və digər kubokları qazanmaq arzusunda idik. Premyer Liqada bizim üçün hər şeyin bitdiyini söyləyə bilərəm. Çünki xal fərqi də böyükdür. Düzdür, özümüzü oyunlara motivasiya etmək üçün heç vaxt dayanmayacağımızı deyirik. Ancaq başa düşürük ki, çempionluq mümkünsüzdür. "Mançester Siti" möhtəşəm komandadır. Əsas hədəfimiz ilk 4-lükdə qərarlaşmaqdır.

 

Bundan əlavə, Çempionlar Liqasını qazanmaq bizim hədəfimizdir. Asan olmayacaq, çenki Avropanın ən yaxşı klublarını məğlub etmək məcburiyyətindəyik. Ancaq bunu bacarmaq istəyirik və turnirin qalibi olmağa çalışacağıq".

Xəbər xətti