Ayxan Abbasov: "Elə maliyyə imkanımız yoxdur ki, gecə transfer edək"

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 19-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunndan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, oyunu (1:1) şərh edib:

 

- Çətin səfər oyunu gözləyirdik. Bilirdik ki, “Sabah” son sıradan qurtulmaq istəyir, yaralı aslan kimi idilər. Heyətdə itkilərimiz var idi. Sıx qrafik oyunun sonlarında yorğunluqla öz sözünü dedi. İlk hissədə oynanılan oyundan narazı qaldım. Qarşıda bizi çətin oyunlar gözləyir. Son turlara qədər gərgin mübarizə davam edəcək. Heyətimizdə gənclərdi. Vacib futbolçular var ki, onlar zədələndə yerlərini doldurmaq çətin olur. Sona qədər mübarizə aparacağıq.

 

- İlk hissədə Elvin Bədəlovla Süleymanın oyunu alınmırdı. Bunun səbəbi nə ilə bağlı idi?
- Bəzən futbolçu oyuna qoşula bilmir. Süleyman ağır zədədən qayıdıb. İlk hissədə problemimiz yox idi, sadəcə, elə səhvlər edirik ki, bunu etməməliyik. İlk hissədə çox da zəif oynamadıq. Müasir futbolda gərək bütün detallara fikir verəsən. Bədəlovla Süleymanın oyunu ilk hissədə alınmasa da, ikinci hissədə pis təsir bağışlamadılar.

 

- Xəyal Nəcəfov nə üçün ehtiyatda idi?
- Xəyal Messi deyil ki (gülür). Hə, “Sumqayıt”ın Messisi (gülür). Xəyal da oyunlarda 90 dəqiqə meydanda olur. Zədələnməsindən ehtiyat edirik. İstədik bu oyunda dincəlsin. Sonradan meydana girən oyunçular komandaya yaxşı təsir etdi. Sıx qrafik bizə ciddi təsir edir. Elə maliyyə imkanımız da yoxdur ki gedək gecəylə transfer edək.

Tarix: 8 Mart [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio