"Neftçi"nin 2 aparıcı üzvü cəzalı duruma düşdü

"Neftçi"nin futbolçuları Mamadu Mbodj və Emin Mahmudov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Səbail"lə oyunu buraxacaqlar.

 

Sportal.az xəbər verir ki, buna səbəb seneqallı müdafiəçi və kapitanın 19-cu turda "Keşlə" ilə matçda (3:1)  sarı vərəqə limitlərini doldurmalıdır. Bu, onların mövsümdə dördüncü xəbərdarlığı olub və futbolçular növbəti tur üçün cəzalı duruma düşüb.

 

Martın 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 17:15-də başlanacaq.

Tarix: 9 Mart [13:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Aprel 2021
16  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio