ÇSKA baş məşqçisini istefaya göndərdi

19:40 - 22 Mart 2021

Rusiyanın ÇSKA klubunda baş məşqçi Viktor Qonçarenko ilə yollar ayrılıb.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Belaruslu mütəxəssis 2016-cı ildən Moskva təmsilçisini çalışdırırdı.

 

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko hazırda Moskva klubunda qapıçılarla iş üzrə məşqçidir.

Xəbər xətti