Giqqzə şok xəbər - AÇ-2020-də olmayacaq

11:34 - 24 Aprel 2021

Uels Futbol Assosiasiyası yığmanın baş məşqçisi Rayan Giqqzin AÇ-2020-nin oyunları zamanı komandanın başında olmayacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssis iki qadına zorakılıqda günahlandırılması olub. Onu turnirdə Robert Peyc əvəzləyəcək.

 

Uels millisi A qrupunda İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq. Komanda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Xəbər xətti