Elxan Məmmədov TFF-nin baş katibi ilə görüşdü

16:16 - 14 İyun 2021

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi Kadir Kardaşla görüşüb.

 

Sportal.az xəbər verir ki, Məmmədov Avro-2020 çərçivəsində Türkiyə milli komandasının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxtımızda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb. Kardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.

 

Avro-2020-nin A qrupu çərçivəsində Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.

Xəbər xətti