Samir Abasov: "Ümid edirdim ki, yolumuza Çempionlar Liqasında davam edəcəyik"

23:38 - 28 İyul 2021

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Olimpiakos” matçından sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyunsonrası keçirilən mətbuat konfransında çıxış edib.

 

Sportal.az xəbər verir ki, baş məşqçi öncə oyun haqda fikirlərini bildirib:

 

“Bu cür oyundan sonra danışmaq çətindi. Təəssüf ki, turniri tərk etdik. Amma yaxşı oyun oynadıq. Bu bizim üçün yaxşı təcrübə oldu. Oyuna görə uşaqlara təşəkkür edirəm. Növbəti turnirdə yolumuza davam etmək üçün artırmalıyıq. Xarakter göstərib, yaxşı oyun oynayıb, ÇL-i tərk etdik. “Olimpiakos”a qarşı bu cür oynamaq üçün xarakter lazımdı. Biz də onu etdik.

 

- Ömər Buludovu hansı ümidlə oyuna buraxmışdınız?
- Futbolçu inkişaf etmək istəyirsə, bu cür oyunlarda inkişaf edir. Əgər bu cür oyunlarda həyəcan keçmirsə, demək heç vaxt keçməyəcək. Oyuna buraxmasaydım, deyəcəkdiniz, Ömər nəyə görə oynamır? Mən onu səhvlərinə görə əvəz etmədim. Sadəcə zədələnmişdi. O, özü əvəzlənməyi xahiş etdi. Meydana buraxacağımız 11 oyunçunun heç birinin səhv etməyəcəyinə heç kim qaranti vermir.

 

- Hücumçusuz və bu cür heyətlə hansı perspektivi görürsüz?
- Əlimizdə olan oyunçularla oynayacağıq. Forvardımız yoxdursa, sistemdə dəyişiklik edəcəyik. Əsas odur ki, futbolçularda istək olsun. Bu cür davam etsək, artıracağıq. Hər şeyti zaman göstərəcək.

 

- Komandanı növbəti turnirə motivasiya etmək çətin olmayacaq?
- Bununla bağlı problemim yoxdu. Təbii ki, çox çətindi. Biz heyətimizi gücləndirməliyik. Bu barədə sizə bir söz deyə bilmərəm.

 

- Nəyə görə son 15 dəqiqə Mboc hücumda oynadı?
- O, bunu özü istədi. Biz də imtina etmədik. Hücumda bizə kömək olmaq istəyirdi. Çünki qol vurmaq lazım idi. Bu Mbocun hücumçu keyfiyyətlərindən irəli gəlmirdi. Sadəcə o, hücuma kömək etmək üçün irəliyə yollanmışdı.

 

- Tapança-tüfəngi tanka çevirmək üçün rəhbərlik dəstək olmalıdır?
- Transfer haqda daha danışmayacağam. Çünki tutarlı cavabım yoxdur. İnşallah, tezliklə buna cavab olar.


- "Neftçi"nin Çemponlar Liqasından kənarda qalmasının günahkarı kimdir? Yaxşı hazırlaşmamağınıza səbəb olan kənar amilləri açıqlaya bilərsiniz?
- Sizcə, bu cür oyunla yaxşı hazırlaşmamışıq? Bəzi oyunçularda viza problemi yarandı. Meza Kolli kollektivə gec qoşuldu. Millinin oyunçuları ilə bağlı problemlər var idi. 8-10 gün məşq keçib səfərə getmişik. Nədənsə Tbilisi "Dinamo"sunu dağ başına qaldırırlar. Deyirlər ki, "Neftçi"ni udardıq. Udardınız da. Biz get-gedə daha yaxşı olacağıq. Kənar amillər bunlardır. Bizdən asılı olmayan səbəblər var idi. Sırf Gürcüstandakı oyunumuzu vurğulayırlar. Onun ətrafında baş verənləri demirlər. Deyirlər pis oynadıq. Pis oynayıb hər iki matçda qələbə qazandıq. Yaxşı oynasaydıq, onları gör nə günə qoyardıq.

 

- Avropa Liqasındakı rəqibiniz HİK haqda hansı fikirdəsiniz?
- HİK komandası ilə ümumiyyətlə maraqlanmamışıq. Sabahdan onları analiz edəcəyik. Ümid edirdim ki, yolumuza Çempionlar Liqasında davam edəcəyik. 

 

Xəbər xətti