"Simeone nə qədər istəsə, komandanı çalışdıra bilər"

18:08 - 31 İyul 2021

"Atletiko"nun baş məşqçisi Enrike Sereso komandanın baş məşqçisi Dieqo Simeone barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, argentinalı mütəxissəsə güvəndiklərini deyib:

 

"Simeonenin fəaliyyətindən olduqca razıyıq. Ümid edirəm ki, birlikdə böyük nəticələr qazanmağa davam edəcəyik. Uzun illər birlikdə işləmək istəyirik. Başqa fikrimiz yoxdur. Simeone nə qədər istəsə, komandanı çalışdıra bilər. Ona güvənimiz sonsuzdur".

 

Simeone 2011-ci ildən Madrid klubunu çalışdırır. 51 yaşlı mütəxəssis "hindular"la yeni - 3 illik müqavilə imzalayıb.

Xəbər xətti