"Kəpəz" keçmiş futbolçusunu qaytardı

20:41 - 1 Avqust 2021

"Kəpəz" daha bir futbolçunu heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Tural Rzayev ilə bir illik müqavilə imzalayıb. Gəncə futbolunun yetirməsi olan yarımmüdafiəçi əvvəlki illərdə də "Kəpəz"də çıxış edib. O, bu komandanın heyətində həm Premyer Liqa, həm də divizionda oynayıb.

 

"Kəpəz" yay fasiləsində Cavid İmamverdiyev, Vüqar Həsənov və İbrahim Qədirzadəni də heyətinə cəlb edib.

Xəbər xətti