"Qəbələ"də yeni titul sponsoru

23:01 - 13 Avqust 2021

“Qəbələ” İdman Klubu Azərbaycanın daha bir tanınmış markası ilə əməkdaşlığa başlayır.

 

Sportal.az xəbər verir ki, tikinti materialları sektorunda liderlərdən olan “Gilan&Knauf” brendi komandanın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Gilan&Knauf” arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb. Anlaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Gilan&Knauf” brendinin loqosu əks olunacaq. 

 

“Gilan&Knauf”un əsası “Gilan Holdinq” və “Knauf Gips AG” tərəfdaşlığı ilə 2006-cı ildə qoyulub. “Gilan&Knauf” tikinti materialları sahəsində Azərbaycanda lider şirkətlərdəndir.

Xəbər xətti