Ştxulikdən "Sabah" - "Qəbələ" matçındakı epizodla bağlı açıqlama

20:09 - 12 Sentyabr 2021

AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik qurumum mətbuat xidmətinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, avstriyalı mütəxəssis Premyer Liqanın 3-cü turunda keçirilən "Sabah" - "Qəbələ" matçında baş vermiş epizod barədə fikirlərini bildirib:

 

"Premyer Liqanın lll turu çərçivəsində sentyabrın 11-də keçirilmiş "Sabah" - "Qəbələ" oyununun 27-ci dəqiqəsində baş vermiş qayda pozuntusu zamanı VAR sistemi tətbiq olunsaydı, epizod rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək kimi təfsir olunmaqla, qayda pozuntusuna yol vermiş futbolçuya qırmızı vərəqə göstərilə bilərdi".

 

Qeyd edək ki, "Sabah" - "Qəbələ" görüşü qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti