Avropada yeni liqa yaradılır?

15:48 - 15 Sentyabr 2021

“Napoli”nin prezidenti Aurelio De Laurentis Avropa futbolunda yenilik etmək istədiyini bildirib.

Sportal.az xəbər verir ki, təcrübəli futbol adamı yeni turnirin yaradılmasının vacib olduğunu deyib:

“Sistem artıq işləmir. Çempionlar Liqası və Avropa Liqası klublara lazımı qədər pul qazandırmır. Rəqabətli olmaq üçün sizin daha çox yüksək səviyyədə futbolçularınız olmalıdı. Buradan da belə çıxır ki, avrokuboklarda yaxşı çıxış etmək üçün daha çox pul xərcləməlisən. Bax, buna görə klublar bir-birilə danışığa getməlidi ki, daha müasit turnir ərsəyə gətirək.

Həmin turnirdə iştirak edəcək hər bir klub da yaxşı pul götürməlidi. Oyun sayını azaltmalıyıq. Bundan əlavə, demokratik sistemlə Avropa liqası yaratmalıyıq. Layihəni öyrənmişəm və 10 milyard avro ayırmağa hazıram. Amma bizim tam müstəqil olmağa ehtiyacımız var. Əgər oyun qaydalarını dəyişməsək, gənclər bizi və futbolu tərk edəcək. Fərdi izləmələrimə görə onu deyə bilərəm ki, 8 yaşdan 25-nə qədər olan insanlar futbola baxmırlar və daha çox smatrfonlarla oynamağı üstün tutur. Stadionlarda futbol izləmək vərdişlərinin yox olduğunu demirəm. Amma indi milyardlarla insanı bir-ibirnə qarşı oynamağı cəlb edə biləcək “virtual standionumuz” var. Kim bilir, onları dünyanın ən böyük və ən nüfuzlu idman növünə geri qaytara biləcəyik?”.

Xatırladaq ki, Superliqa 12 klub – “Real”, “Barselona”, “Atletiko”, “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Yuventus”, “İnter”, “Milan” tərəfindən yaradılıb. Turnir Çempionlar Liqasını əvəz etməli idi, amma sonda bu turnir ləğv edildi.

Xəbər xətti