Nazir cüdo federasiyasının fəaliyyəti ilə tanış olub - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti və Bakı Olimpiya Stadionu ilə tanış olub.

Sportal.az Naziriyin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparıb, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident, Olimpiya çempionu Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat veriblər. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Daha sonra F.Qayıbov Bakı Olimpiya Stadionuna baxış keçirib. Stadionun direktoru Cavid Qarayev naziri stadionla tanış edib, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi barədə onu məlumatlandırıb.

 

 

Tarix: 15 Sentyabr [19:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2021
19  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio