"Messinin 3 il ərzində 110 milyon avro maaş alacağı doğru deyil" - PSJ-dən açıqlama

PSJ-nin idman direktoru Leonardo komandanın hücumçusu Lionel Messinin illik maaşı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, braziliyalı funksioner rəqəmlərin yanlış yazıldığını deyib:

 

"Yazılan rəqəmlər həqiqətdən çox uzaqdır. Müqavilə şərtlərində gizlilik var. Amma Messinin 3 il ərzində 110 milyon avro maaş alacağı barədə yazılanlar həqiqət deyil".

 

34 yaşlı argentinalı ulduz Paris klubu ilə 2+1 illik müqavilə imzalayıb. Onun bu müddət ərzində 110 milyon avro qazanacağı iddia edilir.

Tarix: 20 Sentyabr [13:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio