Vüsal qazandığı və qaçırdığı penalti zərbəsindən danışdı: "Komandanın qərarlaşdığı mövqenin həyəcanı var idi"

"Penalti zərbəsi zamanı heç bir həyəcanım yox idi. Bilirsiz, hazırda komanda sonuncu pillədədi. Ola bilər bəlkə də komandanın qərarlaşdığı mövqenin həyəcanı var idi. Amma belədə, yəni zərbəni vurmaqla bağlı tərəddüdüm və ya hansısa gərginliyim yox idi. Heyf ki, dəqiq istifadə edə bilmədim”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Ankara Keçiörəngücü”nün futbolçusu Vüsal İsgəndərli deyib.

Türkiyə 1-ci divizionun 6-cı turunda “Balıkəsirspor”la (1:2) matçda özü qazandığı penaltini yerinə yetirə bilməyən İsgəndərli komandasının son pillədə qərarlaşmasından danışıb. O, komandanın bu durumdan çıxacağına inandığını dilə gətirib:

​“Təəssüf ki, Balıkəsir səfərindən də məğlubiyyətlə döndük. Halbuki yaxşı futbol oynamışdıq. Hələ ki, cəmi 6 tur oynanılıb. Daha çox çalışmaq lazımdı. İnanıram ki, birlikdə komanda bu durumdan çıxacaq”.

 

Tarix: 22 Sentyabr [13:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2021
19  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio