Ronald Kumanla yollarını ayırmaq istəyən “Barselona” onu hansı məşqçi ilə əvəzləyicini dəqiqləşdirməyib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçi postuna namizədlər arasında Tyerri Anrini də var. Hazırda Belçika millisinin məşqçilər korpusunda yer alan Anri əslində baş məşqçi kimi təcrübəyə malikdi.
"Monako” və “Monreal İmpakt” klublarını çalışdırmış Fransa millisinin sabiq forvardı hazırda “Barselona” rəsmilərilə danışıq aparır.