İntizam Komitəsi I Divizion klublarını cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizionun 2-ci turunun oyunları ilə bağlı qərarlar verilib.

 

I Divizionun II turunun MOİK – “Səbail-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;

 

MOİK – “Səbail-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

 

II turun “Keşlə-2” – “Sabah-2” görüşü hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunur;

 

II turun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

“Qaradağ Lökbatan” – “Kəpəz” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;

 

II turun “Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

21.09.2021 - 22.09.2021-ci ildə I Divizionun II turunun oyunlarında MOİK,  “Keşlə-2”, ”Qəbələ-2”, “Neftçi-2”, “Qarabağ-2”, “Zaqatala” klubları  əvəzetmə vaxtı ilə bağlı nəzərdə tutulmuş limiti pozduğu üçün həmin klublara xəbərdarlıq edilir.

Tarix: 23 Sentyabr [16:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Oktyabr 2021
24  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio