Araz Abdullayevin komandası ilk xalını qazandı

10:31 - 25 Sentyabr 2021

Kipr çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Araz Abdullayevin də çıxış etdiyi “Etnikos” səfərdə “Doxa” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

 

Abdullayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, “Etnikos” hazırda 1 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti