"Barselona"nın baş məşqçisi cəzalandırıldı

13:49 - 25 Sentyabr 2021

"Barselona"nın baş məşqçisi Ronald Kuman cəzalandırılıb.

Sportal.az xəbər verir ki, La Liqanın VI turunun "Kadis"lə səfər matçının sonlarında texniki zonadan qovulan niderlandlı mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub.

Kuman Kataloniya klubunun La Liqada "Levante" və "Atletiko"ya qarşı oyunlarını buraxacaq.

Qeyd edək ki, "Barselona" La Liqada 7-ci sıradadı.

Xəbər xətti