Moskva klubu baş məşqçini istefaya göndərdi

Rusiyanın "Lokomotiv" klubu baş məşqçi Marko Nikoliçlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. Serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Nikoliçlə birlikdə onun köməkçiləri Radoje Smiljaniç və Qoran Basariçin də işinə son verilib.

 

Müvəqqəti olaraq komandanı Dmitri Loskov çalışdıracaq.

 

Marko Nikoliç 2020-ci ilin iyun ayından "Lokomotiv"in baş məşqçisi postunda idi.

 

Qeyd edək ki, "Lokomotiv" cari mövsüm ölkə çempionatında 10 turdan sonra 17 xalla 4-cü pillədədir.

Tarix: 5 Oktyabr [19:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Noyabr 2021
26  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio