"Liverpul"u PSJ-yə dəyişən Veynaldumun peşmanlığı

Niderland millisinin üzvü Corcino Veynaldum PSJ-dəki durumundan narazılıq edib.

 

Sportal.az xəbər verir ki, yayda "Liverpul"dan Paris təmsilçisinə keçən 30 yaşlı yarımmüdafiəçi bunları deyib:

 

"Burada tamamilə xoşbəxt olduğumu deyə bilmərəm. Vəziyyət istədiyim kimi deyil. Son illər çox oynayırdım, optimal formada idim və buna öyrəşmişdim. İndi fərqli durumdur və buna alışmaq çətindir. Həqiqətən karyeramda yeni addımı səbirsizliklə gözləyirdim və indi də belə halla üzləşdim. Mənə çox çətindir. Əlbəttə, bu, futboldur, belə məqamları göz önünə almalısan. Pozitiv olmalı və vəziyyəti dəyişməyə çalışmalıyam. Mən döyüşçüyəm və hər an savaşa hazır olmalıyam".

 

Veynaldum bu mövsüm PSJ-də 11 oyun keçirib.

Tarix: 11 Oktyabr [19:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2021
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio