Balabəy qızıl, Hidayət bürünc medal qazandı

23:47 - 16 Oktyabr 2021

Parisdəki Böyük Dəbilqə turniri davam edir. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) bürünc medal görüşünə çıxıb. O, üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.

 

Balabəy Ağayev isə finalda Ramazan Abdulayevlə (Rusiya) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.

Xəbər xətti