"Qarabağ"ın oyununda Elnur Əşrəfoğlunun xatirəsini belə anılacaq

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.

 

Sportal.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

 

E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.

Tarix: 21 Oktyabr [15:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2021
29  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio