"Barselona" Xavi ilə razılaşdı

12:42 - 28 Oktyabr 2021

Ronald Kumanı istefaya göndərən "Barselona"nın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi hazırda "Əl Sədd"i çalışdıran Xavi ilə razılıq əldə edib. 41 yaşlı mütəxəssisin Qətər klubu ilə müqaviləsində 1 milyon avroluq sərbəst qalmaq maddəsi var. Xavi hazırda müqaviləni ləğv etməklə bağlı danışıq aparır.

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib. 2015 - 2019-cu illərdə Qətərin "Əl Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə bu kluba baş məşqçi təyin olunub. O, baş məşqçi kimi Qətər çempionuğu və ölkə kubokunu qazanıb.

Xəbər xətti