"Neftçi" "Keşlə"ni darmadağın etdi - VİDEO

16:34 - 13 Noyabr 2021

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan "Neftçi" yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" öz bazasında "Keşlə" ilə qarşılaşıb. Matç Samir Abasovun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Neftçi"nin qollarını 28-ci dəqiqədə Yusuf Laval, 47 və 76-cı dəqiqələrdə Roman Maçado, 52-ci dəqiqədə isə Xəyal Nəcəfov vurub.

 

Xəbər xətti