Xorvatiya Rusiyaya qalib gələrək dünya çempionatına vəsiqə qazandı - VİDEO

22:38 - 14 Noyabr 2021

Dünya çempionatının seçmə mərhələsinə yekun vurulur.

 

Sportal.az xəbər verir ki, H qrupunda qərarlaşan Xorvatiya millisi evdə Rusiya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində Zlatko Daliçin rəhbərlik etdiyi komanda 23 xalla qrupu 1-ci pillədə başa vurub və dünya çempionatına vəsiqə qazanıb.

 

22 xalı olan Rusiya isə pley-offda mübarizə aparacaq.

 

Xorvatiya - Rusiya - 1:0 

Qol: Kudryaşov, 81 (öz qapısına)

 

Xəbər xətti