"Qələbəni Sulşerə həsr edirik"

“Mançester Yunayted”də Ole-Qunner Sulşerin ayrılmasından sonra baş məşqçi səlahiyyətlərini icra edən Maykl Kerrik Çempionlar Liqasının 5-ci turunda “Vilyareal” (2:0) üzərindəki qələbədən sonra mətbuata açıqlama verib.

Sportal.az xəbər verir ki, o, qələbəni norveçli mütəxəssisə həsr etdiyini bildirib:

“Bu qələbə bizim üçün böyük önəm kəsb edir. Oyun çox ağır alındı. Çünki “Vilyareal” əla komandadı. Rəqibi daha çox işləməyə vadar edir. Topla çox yaxşı davranır, müdafiədə mümkün qədər etibarlı olmağa məcbur edirlər. Zaman-zaman biz daha yaxşı futbol nümayiş etdirdik, bəzən isə geriyə çəkilməli idik. Hər halda daha yaxşı oynadığımızı düşünürəm.

​Əvəzetmələr önəmli rol oynadı. David de Xea lazımi anda bir neçə “seyv” etdi. Futbolçular və klubuuz üçün əla gecə idi. Şadam ki, növbəti mərhələyə adlaya biləcəyik. Qələbəni Ole-Qunner Sulşerə həsr edirik”.

Tarix: 24 Noyabr [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio