Nəbiyev oynadı, komandası uduzdu

17:09 - 28 Noyabr 2021

Çexiya 2-ci liqasında 16-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Jijkov klubu "Varnsdorf"la üz-üzə gəlib. Nəbiyevin komandası meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətində meydana daxi olan Fərid sona qədər oynayıb.

“Viktoriya” 16 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti