MOİK-dən "Sumqayıt"a 3 cavabsız qol - VİDEO

17:08 - 1 Dekabr 2021

Futbol üzrə Azərbaycan I Divizionunda X tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Sumqayıt-2" öz meydanında MOİK-i qəbul edib. Qarşılaşma "hərbçilər"in 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 19-a yüksəldən MOİK turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Sumqayıt-2" isə 9-cu yerdədi.

 

"Sumqayıt-2" - MOİK 0:3

Qollar: İsa Zeynallı, 20 (pen), Rafael Qavami, 38, Samir İbrahimov, 77 (avtoqol)

Qırmızı vərəqə: Cəlal Cəbrayılov, 75

 

Xəbər xətti