Elmar Baxşıyev: "Futbolçular istədiyimi meydanda verir"

"Bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqib bu il çox iddialıdır. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb".

Sportal.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Zirə"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis dinamik oyun izlədiklərini bildirib: "Hər iki kollektiv qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Mövsüm ərzində xarakter göstərirlər. Komandamız çox mehribandır. Futbolçular bir-birilərinə qarşı çox səmimidirlər. Uduzduğumuz matçlarda irad bildirmirəm. Çünki istədiyimi meydanda verirlər. Oyunçular məşqlərdə də istədiyimizi göstərir. Mövsüm göstərir ki, daha yaxşı olmağı bacarırıq".

Baxşıyev Rövlan Muradovu sarı vərəqəyə görə əvəzlədiyini sözlərinə əlavə edib. Baş məşqçi onun mikro zədəsinin də olduğunu diqqətə çatdırıb: "Komanda olaraq qarşıdakı rəqibləri düşünürük. Yüksək yerlərdə qərarlaşmaq qismətimizdə varsa, belə də olacaq". (report)

Tarix: 5 Dekabr [20:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2022
26  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio