"Barselona"dan son 20 ilin ən uğursuz nəticəsi

17:04 - 9 Dekabr 2021

"Barselona" Çempionlar Liqasında son 20 ilin ən uğursuz nəticəsinə imza atıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 2000/2001-ci il mövsümündən sonra ilk dəfə pley-off mərhələsinə yüksələ bilməyib. Xavinin rəhbərlik etdiyi kollektiv son oyunda "Bavariya"ya 0:3 hesabı ilə məğlub olaraq qrupu 3-cü pillədə başa vurub.

 

"Barselona" mübarizəni Avropa Liqasında davam etdirəcək.

Xəbər xətti