İstanbul nəhəngi Musa Qurbanlı ilə maraqlanır

10:50 - 17 Yanvar 2022

Türkiyənin "Beşiktaş" klubu "Qarabağ"ın hücumçusu Musa Qurbanlı ilə maraqlanır.

 

Sportal.az xbər verir ki, bu barədə "Fotomac" nəşri məlumat yayıb. Qeyd olunub ki, İstanbul nəhənginin baş məşqçisi Önder Karaveli 19 yaşlı forvard üçün "Qarabağ" rəsmiləri ilə görüşüb. 47 yaşlı mütəxəssis gənc futbolçunu komandasında görmək istəyir.

 

Xatırladaq ki, Önder Karaveli 2020-2021-ci illərdə "Qarabağ"ın akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

 

Musa Qurbanlı cari möbsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 12 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti