Baş məşqçi: "Mahir dedi ki, "Legiya"da özünü pis hiss edir"

Polşanın "Legiya" klubunun baş məşqçisi Aleksandar Vukoviç komandaya qoşulmayan Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə danışıb.

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Legia.net" saytına açıqlamasında bunları deyib:

"Onun barəsində xüsusi heç nə deyə bilmərəm. Mahirlə bir dəfə danışmışam. Bu, o demək deyildi ki, Mahir yanvarda qayıtmayacaq. Dedi ki, özünü klubda və komandada pis hiss edir. Bu qərarına təəccübləndim. Barəsində çox müsbət fikirdə idim, tərifləyirdim. Amma anlayıram ki, hər bir situasiyadan öz məqsədləri üçün yararlanmaq istəyən insanlar var. Bu söhbətlə də vasitəçiliyim başa çatdı".

"Legiya" azarkeşlərinin hücumuna məruz qalan Mahir Emreli komandadan ayrılmaq istəyir və qış toplanışına qoşulmayıb.

Tarix: 21 Yanvar [15:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio