"Qarabağ"ın rəqibi dəyişdi

15:34 - 24 Yanvar 2022

"Qarabağ"ın yoxlama oyunlarının proqramında dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, yanvarın 25-də "Tatran"la keçiriləcək yoxlama oyunu baş tutmayacaq. Buna səbəb Slovakiya klubunun Antalya toplanışına gəlməməsidir.

 

Bu səbəbdən "Qarabağ" Çexiyanın "Bohemians" klubu ilə qarşılaşacaq. Həmin gün digər qarşılaşma isə Polşanın "Visla Krakov" klubuna qarşı olacaq. Oyunlar Bakı vaxtı ilə 12:00 və 18:00-da başlayacaq.

Xəbər xətti