"Lion"u "Nyukasl"a dəyişir

18:10 - 28 Yanvar 2022

"Lion"un yarımmüdafiəçisi Bruno Gimarayns "Nyukasl"a keçir.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bu gün həkim müayinəsindən keçəcək. 

Fransa klubu braziliyalının transferindən 33 milyon funt-sterlinq qazanacaq. 

Maraqlısı burasındadır ki, Bruno həkim müayinəsindən Braziliyada keçəcək.

Çünki o, hazırda Braziliya millisinin düşərgəsindədi.

Onun səhhətində problem çıxmasa, “Nyukasl”la rəsmi müqavilə imzalayacaq. 

​“Audaks” yetirməsi olan Bruno “Atletiko Paranaense” klubunda çıxış edəb və 2020-ci ildə “Lion”a keçib.

Xəbər xətti