UEFA Azərbaycan millisini cərimələdi

16:38 - 29 Yanvar 2022

UEFA futzal üzrə Azərbaycan millisini cərimələyib.

 

Sportal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Buna millinin 4 üzvünün Avropa çempionatında Gürcüstanla görüşdə (2:3) sarı vərəqə alması səbəb olub.

 

Komandanın heyətində Fineo De Arauxo, Rizvan Fərzəliyev, Felipinyo və Tyaqo Bolinyaya xəbərdarlıq edilib. Buna görə milli 2400 avro məbləğində cərimələnib.

Xəbər xətti