Avropa Liqasında həftənin ən yaxşısı məlum oldu

12:23 - 16 Aprel 2022

Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, "Leypsiq"in yarımmüdafiəçisi Kristofer Nkunkudur. 25 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda "Vest Hem"dən Kreyq Davson, "Reyncers"dən Ceyms Tavernier və "Ayntraxt"dan Filip Kostiçi qabaqlayıb.

 

Qeyd edək ki, fransalı oyunçu "Atalanta"ya qarşı keçirilən matçda (2:0) dubl edib.

Xəbər xətti