"Şamaxı"nın yeni baş məşqçisi açıqlandı

13:56 - 16 Aprel 2022

"Şamaxı"nın ötən gün istefa verən baş məşqçisi Sənan Qurbanovun vəzifəsini icra edəcək şəxsin adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klubun baş məşqçi vəzifəsini Rüstəm Əliyev yerinə yetirəcək. Komandanın sabiq futbolçusu Rail Məlikov isə "Şamaxı-2"ni çalışdıracaq.

 

Qeyd edək ki, Sənan Qurbanov ötən gün Premyer Liqanın 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.

 

Rail Məlikov 22-ci turda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları matçdan əvvəl karyerasını bitirib.

Xəbər xətti