"Neftçi" sabah Qəbələyə yollanacaq

19:52 - 7 May 2022

“Neftçi” Premyer Liqanın 26-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığına başlayıb.

 

Sportal.az xəbər verir ki, “Sumqayıt”la matçın ertəsi bərpa məşqi edən “ağ-qaralar” birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Sabah Qəbələyə yola düşəcək komandanın üzvləri son məşqini şəhər stadionunda keçəcək.

 

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” görüşü mayın 9-u saat 19:45-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər xətti