"Real" İtaliya klubunun qapıçısını istəyir

21:24 - 17 May 2022

"Real"da heyətə düşməkdə çətinlik çəkən Andrey Lunin komandanı tərk etmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Madrid təmsilçisi ukraynalı "əlcək sahibi"nin ayrılığından sonra Kurtuanın yanında ikinci qapıçı axtarışlarını davam etdirir. "Kral klubu"nun transfer hədəfi "Napoli"də çıxış edən David Ospinadır. Baş məşqçi Karlo Ançelotti İtaliya klubunda birlikdə çalışdığı 33 yaşlı qolkiperin transfer edilməsini istəyir.

 

David Ospina cari mövsümdə "Napoli"nin heyətində 33 matçda meydana çıxıb.

Xəbər xətti