"Qarabağ" - "Neftçi" matçına min bilet satılıb

16:34 - 21 May 2022

Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasına min bilet satılıb.

Sportal.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri bu gün yalnız “Azersun Arena”nın kaasalarından ala bilərsiniz. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Matçdan sonra “Qarabağ”a çempionluq kuboku təqdim ediləcək.

Klub qarşılaşmanın ardınca azarkeşləri sürprizlərin gözlədiyini qeyd edib.

Xəbər xətti