Millimizlə oyuna bu formalarla çıxacaqlar

10:39 - 25 May 2022

Belarus millisi UEFA Millətlər Liqasının oyunlarına yeni formalarla çıxacaq.

Sportal.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Millimizin rəqibinin 2022-2026-cı illərdə istifadə edəcəyi yeni formaları təqdim edib.

Belarus UEFA Millətlər Liqasındakı ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. Üç gün isə belaruslular həmin arenada Azərbaycan millisini qəbul edəcək.

UEFA Rusiya ilə birlikdə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etdiyinə görə Belarusa ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. 

Xəbər xətti