"Real" brazilyalı futbolçu ilə müqavilə müddətini artıracaq

19:56 - 15 İyun 2022

"Real" Vinisius Junioru sözləşməsinin artırılması ilə bağlı məsələdə razı sala bilib. 

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı ulduz oyunçu ilə 2026-cı ilə qədər müqavilə imzalayacaq. Yeni sözləşməyə əsasən Braziliya millisinin üzvü komandada ən çox maaş alan futbolçulardan biri olacaq. 

 

Vinisiusun yeni müqavilə ilə sərbəst qalma məbləği 1 milyard avro təşkil edəcək.

 

Qeyd edək ki, 21 yaşlı oyunçu 2018-ci ildən çıxış etdiyi "kral klub"unda 170 matçda 37 qol vurub. 

Xəbər xətti