Polşada oynayan azərbaycanlı: "Onlar "Lex"in "Qarabağ"la düşməsinə görə təəssüfləndiklərini mənə yazmışdılar"

"Klub mənə bir illik yeni müqavə təklif edir. Daha yaxşılaşdırılmış şərtlərlə, daha yüksək liqalardan gələcək təklifləri prioritet hesab edirəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında Elgün Nəbiyev deyib. Başa çatan mövsümü Polşanın "Limanoviya" klubunda çıxış etmiş Nəbiyev Polşadakı karyerasını dəyərləndirib:
 

"Polşadakı karyeram qismən yaxşı alındı, qismən pis. Özümü ən yaxşı tərəfdən göstərə bilmədim. Üç həftə zədəyə görə, iki həftə isə vərəqə cəzalısı olduğuma görə kənarda qalmalı oldum. Bunlar da tam olaraq istədiyim oyunu nümayiş etdirməyimə imkan vermədi. Oynadığım 4-cü liqanın səviyyəsi çox yüksəkdi. Deyərdim ki, bizim 1-ci liqadan yaxşıdı. İlk dəfə Avropada oynadığım üçün hər şey maraqlı gəlirdi. Ümumiyyətlə, komanda yoldaşlarım, azarkeşlər məni elə qarşıladılar, elə münasibət göstərdilər ki, sanki uzun müddətdir burada oynayıram”.

Nəbiyev yeni mövsümə hansı komandada başlayacağını dəqiqləşdirmədiyini bildirib: "Hazırda bir neçə təklifim var. Həm üçüncü diviziondan, həm də 2-ci diviziondandı. Klubların adlarını açıqlamağım düz olmaz. Hazırda menecerim danışıq aparır. Görək də necə olacaq”.

O, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın qarşılaşacaqı “Lex” barədə də fikirlərini bildirib: "Təbii ki, "Lex" ölkənin yaxşı komandalarından hesab edilir, ölkənin son çempionudu. Püşkatma olanda mən Polşadaydım. Komanda yoldaşlarım mənə yazmışdılar, "Lex"in "Qarabağ"la qarşılaşacağına görə pis olduqlarını dedilər. Bəziləri “Lex” azarkeşidi. Onlar da “Lex”in “Qarabağ”la düşməsinə görə təəssüfləndirklərini mənə yazmışdılar. Polşa klubu güclü olsa da, məncə, "Qarabağ" qalib gələcək".

Tarix: 25 İyun [15:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio