"Neftçi" forvardını saxlayacaq?

11:59 - 29 İyun 2022

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil.

Sportal.az saytına verilən məlumata görə, ötən mövsümü “Neftçi”nin əvəzedici heyətində başa vuran forvardın xidmətində Premyer Liqada maraqlı olan klubların sayı çoxdu.

“Kəpəz” başda olmaqla “Səbail” də Abbasovu transfer etmək istəyir.

Onun mövsümə hansı komandada başlayacağı isə təlim-məşq toplanışından sonra dəqiqləşəcək. Belə ki, komandanın yeni baş məşqçisi Laurentsiu Reqekampf komandadakı bütün futbolçuları izləmək istəyir.

Rumıniyalı mütəxəssis forvardı bəyənəcəyi təqdirdə əsas komandada saxlanılacaq. Əks halda isə o, onu istəyən Premyer Liqa klublarından birinə icarəyə veriləcək. Mirabdullanın "Neftçi" ilə müqaviləsi gələn ilin iyun ayının 30-da başa çatacaq.

Xəbər xətti