La Liqa klubu 35 yaşlı hücumçu ilə 3 illik müqavilə imzaladı

İspaniyanın "Selta" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Viqo təmsilçisi Yaqo Aspasla yeni sözləşmə imzalayıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

Yeni müqaviləyə əsasən 35 yaşlı ispaniyalı hücumçu 2025-ci ilin yayına kimi komandada qalacaq.

 

Qeyd edək ki, Yaqo Aspas "Selta"ya 2015-ci ilin yayında "Sevilya"dan transfer olunub. Kapitan son mövsümdə komandanın heyətində meydana çıxdığı 38 oyunda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 25 İyul [19:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio