Paytaxt klubunun legioneri: "Nəticə istədiyimiz kimi olmadı" - FOTO

11:12 - 9 Avqust 2022

"Səbail"in legioneri Qoba Zakpa instaqram səhifəsində paylaşım edib.

Sportal.az xəbər verir ki, Bayıl klubunun yeni transferi "Qarabağ"la matçdakı məğlubiyyəti (1:3) nəzərdə tutaraq bu cür yazıb:

"Nəticə biz istədiyimiz kimi olmadı. Biz məyusuq, amma bu futboldu. Biz çox çalışacağıq və daha güclü qayıdacağıq".

Xatırladaq ki, "Səbail" Premyer Liqanın ikinci turunda "Turan Tovuz"u qəbul edəcək.

Xəbər xətti