İsveçrə millisinin üzvü Premyer Liqa klubunda

13:38 - 15 Avqust 2022

İngiltərə Premyer Liqasının təmsilçisi "Nottinqem Forest" növbəti futbolçunu transfer edib.

Sportal.az xəbər verir ki, ingilislər "Atalanta"dan Remo Froyleri heyətinə qatıb.

30 yaşlı yarımmüdafiəçi İsveçrə millisinin üzvüdü. 

“Vintertur”, “Qrasshoppers”, “Lütsern”də oynadıqdan sonra Remo 2016-cı ildə “Atalanta”ya keçmişdi.

 

Xəbər xətti