Çexiya mətbuatı: "Qurban Qurbanov 14 ildir ki, "Qarabağ"ı çalışdırır, bu müddətdə "Sparta" 17 məşqçi dəyişdirib"

Çexiya mətbuatında "Viktoriya"nın Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la görüşlərdəki şansları dəyərləndirilib.

Sportal.az xəbər verir ki, "Sports News 24" portalı yerli komandanın şanslarını dəyərləndirməklə yanaşı, 2016-cı ildə komandalar arasında keçirilmiş matçı xatırladıb:

"Qarabağ" öz arzularına, Çempionlar Liqasının qrup mərhələsinə gedən yolda Polşa çempionu “Lex”i, İsveçrə çempionu “Sürix”i, Macarıstan çempionu “Ferentsvaroş”u turnirdən kənarlaşdırıb. Evdə macarlarla 1:1 oynayan “Qarabağ” səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gəlməklə, göstərdi ki, onlarla zarafat etmək olmaz. Plzendə də bunu dəqiq bilirlər.

"Viktoriya" isə 2016/2017 mövsümündə baş verənləri davam etdirmək istəyir. Həmin vaxtı “Qarabağ”la (0:0, 1:1) görüşlərdəki uğurlu nəticələr komandanı Çempionlar Liqasında pley-off mərhələsinə çıxarmışdı. Lakin "Ludoqorets"lə matçlarda “Viktoriya”nın gücü kifayət etmədi və qruplara qala bilmədilər. 

Bu il fərqli olacaq. “Qarabağ” üç güclü rəqibini turnirdən kənarlaşdırsa da, azarkeşlər rəqiblərin yaxşı vəziyyətdə olmadığını fikirləşir. Ona görə də Plzendə insanlar komandanın qələbəsinə mərc etmək istəyir. Ağır Bakı səfəri də onları dayandırmayacaq".

Çexiyalı həmkarlarımız Ağdam klubunun tarixi və baş məşqçisi barədə də oxucularına məlumat verib:  "Qarabağ" 1992-ci ildən Azərbaycanın yüksək liqasını heç vaxt tərk etməyib. Onlar yerli oyunçularla yanaşı legioner futbolçulara da arxalanırlar. "Qarabağ"ın ən parlaq ulduzu sağ cinah vingeri Kadidi. O, bundan əvvəl Portuqaliyada çıxış edib. Kadi ilə yanaşı əvvəl “Lans”da çıxış etmiş sol cinah yarımmüdafiəçisi Abdella Zubir və Qara Qarayevin adını üç ən dəyərli oyunçu arasında çəkmək olar. Klubun yetirməsinin hesabında 76 milli oyun var.

“Qarabağ”ın ehtiyat oyunçular skamyasının da güclü tərəfləri var. Orada 2008-ci ildən Qurban Qurbanov oturur. Onun rəhbərliyi altında ölkə tarixində ikinci dəfə Azərbaycan klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Üç mövsümdən sonra isə ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıblar. Qurban Qurbanov artıq 14 ildir ki, “Qarabağ”ı çalışdırır, bu müddətdə “Sparta”(Praqa) 17 məşqçi dəyişdirib”.

Mirbağırağa

 

Tarix: 16 Avqust [13:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio