"Zirə" Portuqaliya və Türkiyədən futbolçu transfer etdi

18:11 - 16 Avqust 2022

"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib.

Sportal.az xəbər verir ki, "qartallar" Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalayıb.

27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl  ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.

 

Bir 1 kişi ve yazı görseli olabilir

Xəbər xətti